Yenidoğulan dövrdən uşaqlarda müşahidə edilə bilən konyunktivitin əsas əlamətləri.
Yenidoğulanlarda ən çox göz yaşı kanalının tutulması və dakriosistit qeyd edilir.
- Göz yaşı kanalının tutulması: gözlərin yaşarması, burun kökündə şişkinlik, təkrari konyunktivit.
- Bakterial konyunktivit: irinli ifrazat, şişkinlik; limfa vəzləri böyüməyib, qaşınma yoxdur.
- Virus konyunktiviti: şəffaf ifrazat, limfa vəzləri böyüyüb; qaşınma və şişkinlik yoxdur.
- Allergik konyunktivit: şəffaf ifrazat, limfa vəzləri böyüməyib, qaşınma var.
Müalicə:
Anadangəlmə göz yaşı kanalı tutulması olarsa, hər gün masaj edilir. Masaj burun kökündən aşağı doğru sığallama şəklində aparılır. Gündə 3-4 dəfə, hər dəfə 10 hərəkət etmək lazımdır. Masajla kanalın açılma ehtimalı 95%-dir. Gözdə ifrazat olarsa, antibiotikli göz damcıları istifadə edilir. 1,5 yaşa qədər göz yaşarması keçibsə, kanal açılıb; keçməyibsə, “probing” deyilən zondla oftalmoloq tərəfindən kanal açılır.
Gözün digər iltihabi proseslərində həkim uyğun olaraq iltihab əleyhinə, virus əleyhinə, allergiya əleyhinə və hormonal preparatlar təyin edə bilər. Preparatlar göz damcısı və göz məlhəmi şəklində olur. Uşaqlarda damcılara üstünlük verilir.
Əlaqəli xidmətUşaq oftalmologiyasıÇəpgözlük, tənbəl göz, göz yaşı kanalının tutulması və uşaqlarda görmə müayinəsi.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.


