Erkən doğulan körpələr doğuşdan sonra 4-6 həftə ərzində mütləq göz müayinəsindən keçməlidir. Körpələrin gözlərindəki damarlar doğulana qədər formalaşır.
Erkən doğan körpələrdə bu inkişaf tamamlanmır.
Bunun nəticəsində damarları tam formalaşmamış körpələrin retinasında qısaca ROP adlandırılan erkən doğulanların retinopatiyası yarana bilər.
Valideynlərin əksəriyyəti ana bətnində olan körpələrin göz dibi damarlarının gec formalaşması haqqında məlumatı olmur. Hətta bütün orqanlar inkişafı bitirdiyi halda bu damarların hələ də inkişafını davam etdirdiyini bilmirlər. Vaxtından əvvəl doğulan uşaqlarda isə bu inkişaf doğuşdan sonra da davam edir. Adətən yarımçıq doğulan körpələrin həyatda qalmasını təmin etmək üçün konsentrasiyası yüksək olan oksigendən istifadə olunur. Bu isə göz damarlarının zədələnməsinə və ya zəif inkişafına gətirib çıxara bilər. Buna görə bütün erkən doğuş keçirmiş valideynlərə tövsiyəm odur ki, övladlarını mütləq şəkildə oftalmoloq-retinoloqun müayinəsindən keçirsinlər.
Unutmayın ki, ROP vaxtında aşkarlanmadığı və müalicə olunmadığı halda hər iki gözün bərpası mümkün olmayan korluğuna səbəb ola bilər. Qoy körpələrimiz işıqlı dünyaya gülən gözlərlə baxsınlar!
Əlaqəli xidmətUşaq oftalmologiyasıÇəpgözlük, tənbəl göz, göz yaşı kanalının tutulması və uşaqlarda görmə müayinəsi.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.


