+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
Eynək, lens və lazer

Keratokonus: əlamətləri, inkişafı və müalicə üsulları

Keratokonusun yaranma mexanizmi, yeniyetməlikdə başlayan gedişatı, görmədəki dəyişikliklər və kontakt linzadan keratoplastikaya qədər müalicə üsulları.

Ağ fonda zərif eynək

Buynuz qişa bəzi struktur dəyişikliklərinə görə nazikləşir, normal sferikdən konus formasına dəyişir və nəticədə degenerativ, qeyri-iltihabi keratokonus xəstəliyi əmələ gəlir. Xəstəlik buynuz qişanın mexaniki xüsusiyyətlərinin pozulması səbəbilə əmələ gəlir. Buynuz qişanın strukturunu formalaşdıran liflər öz möhkəmliyini itirir. Gözdaxili təzyiqin təsiri altında buynuz qişa qabağa qabarır. Patologiya əsasən yeniyetməlik dövründə əmələ gəlir, ancaq bəzən 30 yaşa qədər gənclərdə də ola bilər. Buynuz qişanın degenerasiyası tədricən illər ərzində baş verir. Bəzən tez irəliləyən xəstəlik halları da görülə bilər.

Keratokonus zamanı gözdaxili təzyiq normal olsa belə, buynuz qişa nazilərək önə qabarır və konus formasını alır. Bu cür buynuz qişadan keçən işıq şüaları qeyri-düzgün sınaraq tor qişada təhrif olunmuş görüntü əmələ gətirir. Keratokonus əksər hallarda (95%) bir gözdən başlasa da, sonda hər iki gözü zədələyir. Xəstəlik 15-25 yaş arasında proqressivləşən yaxından görmə və astiqmatizm ilə başlayır. Hər oftalmoloji baxış zamanı yeni eynək və ya linzanın təyin olunması vacib olur. Lakin, bir müddətdən sonra eynək korreksiyası artıq dəqiq görüntü vermir. Əşyalar qeyri-dəqiq, uzanmış, dumanlı görünür. Parlaq işığa həssaslıq yaranır, yaşarma, qıcıqlanma əmələ gəlir. Uzun müddət yalnız kontakt linzalar kömək edir.

Buynuz qişanın incəlməsi və qabarması miopiya və qeyri-müntəzəm astiqmatizmə səbəb olur.

Xəstələrdə görmənin tədricən zəifləməsi, işıq ətrafında rəngli halələr, kölgə görüntüsü, işığa həssaslıq, gözdə qıcıqlanma yaranır.

Müalicəsi rigid qaz keçirici kontakt linzalar, intrastromal rinq, kollagen kross-linkinq və keratoplastika ilə aparılır.

Əlaqəli xidmətEynəkdən azad olmaMiopiya, hipermetropiya və astiqmatizmdə eksimer lazer və digər refraktiv üsullar.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Op. Dr. Leyla Babayeva

Cərrah-oftalmoloq, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri. 18 illik beynəlxalq təcrübə: Türkiyə, Rusiya, Hindistan. Bioqrafiya

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç