+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
Eynək, lens və lazer

Görmənin zəiflədiyini göstərən əlamətlər: nə vaxt həkimə?

Görmə problemlərini erkən tanımağa kömək edən gündəlik əlamətlər və baş ağrısı, yorğunluq kimi simptomların gözlə əlaqəli ola bilməsi.

Foropter — refraksiya müayinəsi cihazı

Araşdırmalar göstərir ki, dünyada yaşayan insanların 60%-dən çoxunda görmə ilə bağlı olan müxtəlif problemlər var. Həkimlər bunu müasir insanların həyat tərzi ilə əlaqələndirir. Gözlərin sağlamlığı üçün insan tez-tez uzaq məsafələrə baxmalıdır. Aşağıdakı simptomları özünüzdə müşahidə etmisinizsə, oftalmoloqa müraciət edin:

  • Başqalarının gördüyü yazıları həmin məsafədən görmürsünüzsə
  • Uzağa baxanda gözlərinizi qıyırsınızsa
  • Uşaq televizora yaxından baxırsa, başını yana əyib baxırsa
  • Oxu zamanı hərflər “qarışır, qaçırsa”
  • Oxuyanda baş və ya gözlər ağrıyırsa, diskomfort yaranırsa

Oxuma zamanı tez yorulursunuzsa, xoşladığınız filmə sona qədər baxa bilmirsinizsə, “səbəbsiz” baş ağrılarından əziyyət çəkirsinizsə, oftalmoloqun müayinəsindən keçin. Bu, görmənin pisləşməsinin əlaməti ola bilər.

Bəzən görmə ilə bağlı problemlər özünü baş ağrısı, yorğunluq, baş gicəllənməsi kimi simptomlarla büruzə verir ki, insan da bu simptomları göz xəstəlikləri ilə əlaqələndirmir və oftalmoloqa müraciət etmir. Xəstəlik isə daha da dərinləşir və ağırlaşmalara gətirib çıxarır.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Op. Dr. Leyla Babayeva

Cərrah-oftalmoloq, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri. 18 illik beynəlxalq təcrübə: Türkiyə, Rusiya, Hindistan. Bioqrafiya

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç