+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
Retina və diabet

Diabetik retinopatiya: şəkərli diabet gözə necə təsir edir?

Şəkərli diabetin göz damarlarını necə zədələdiyi, retinopatiyanın inkişaf mərhələləri, onu ağırlaşdıran amillər və müntəzəm göz müayinəsinin vacibliyi.

Qlükometrlə qan şəkərinin ölçülməsi

Diabetik retinopatiya şəkərli diabetin ən geniş yayılmış ağırlaşmalarından hesab olunur və görmənin tamamilə itirilməsinin əsas səbəblərindən biridir. Diabetik retinopatiya adətən şəkərə tutulduqdan 5-10 il sonra inkişaf etməyə başlayır, torlu qişanın zədələnməsi isə 44-80% hallarda müşahidə edilir. Damarların sonrakı zədələnməsi zamanı bəzi hallarda qanın torlu qişaya axını tamamilə dayanır, digər hallarda qansızma baş verir. Bu nahiyələr görmə fəaliyyətini dayandırır və korluq yaranır.

Vaxtaşırı oftalmoloq müayinəsindən keçərək xəstəliyi erkən aşkarlamaq və ağırlaşmaların qarşısını almaq mümkündür.

Diabet xəstəliyi ümumi xəstəlik olduğundan orqanizmin hər bir hissəsində, hər bir orqanında əlamətləri büruzə verir. Əsasən sinir hüceyrələrini, ürək, böyrək və gözü zədələyir. Gedişatına görə I tip (özünü tez büruzə verir) və II tip (özünü gec büruzə verir) şəkər xəstəliyi olur.

I tip şəkər xəstəliyi diaqnozu qoyulandan 5 il sonra göz əlamətləri yaranır, amma II tip şəkər xəstəliyinin diaqnozu qoyulan zaman artıq göz əlamətləri başlamış ola bilər. Ona görə belə xəstələr hər 6 aydan bir göz müayinəsində olmalıdırlar. Xəstəliyin tipindən asılı olmayaraq şəkər xəstəliyi zamanı damar keçiriciliyi pozulduğundan damarlar şəklini dəyişir, içəriləri tıxanır və gözdə qidalanma pozulur, retinanın içinə su və yağ toplanmağa başlayır. Sonradan kövrəlmiş damarların divarı cırılır və qanamağa başlayır, bu səbəbdən göz içinin şəffaf mühiti bulanır. Qidasız qalan retina özünə yeni damarlar cəlb edir və bu yeni damarlar gözün optik sisteminin, görmənin fizikasını daha da pozur. Bu prosesin davamı olaraq retina üzərinə pərdə gəlir və görmə tam pozulur, göz daxili təzyiq artır və dayanılmaz ağrılar yaranır.

Diqqət! Diabet xəstəliyi nə qədər nəzarətsiz qalırsa, bir o qədər sadalanan proseslər kəskinləşir. Eyni zamanda qan təzyiqinin yüksək olması, hamiləlik, köklük, böyrək xəstəliyi diabet retina xəstəliyini artıran faktorlardır.

Əlaqəli xidmətRetina və diabetDiabetik retinopatiya, makula xəstəlikləri, intravitreal anti-VEGF inyeksiyaları, torlu qişa qopması.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Op. Dr. Leyla Babayeva

Cərrah-oftalmoloq, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri. 18 illik beynəlxalq təcrübə: Türkiyə, Rusiya, Hindistan. Bioqrafiya

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç