+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
Retina və diabet

Göz önündə uçuşan nöqtələr (floaters): səbəbi və təhlükəsi

Uçuşan nöqtələrin vitreusdakı dəyişikliklərlə necə yarandığı, kimlərdə daha tez görüldüyü və hansı hallarda torlu qişa qopmasına işarə edə biləcəyi.

Qəhvəyi gözün yaxın planı

Göz önündə uçuşan nöqtələr, saplar və ya kölgələr tibbi dildə Floaters (Myodesopsia) adlanır.

Elmi səbəbi: Yaşlandıqca və ya göz içi dəyişikliklər zamanı gözün şüşəyəbənzər cisminin (vitreus) tərkibindəki kollagen lifləri büzüşərək qruplaşır. Bu liflər torlu qişaya (retina) kölgə saldıqda hərəkət edən ləkələr kimi görünür.

Təcili həkimə müraciət etməli hal: Uçuşan ləkələrin sayı qəfildən artarsa, göz önündə işıq parlamaları və ya qaranlıq pərdə hissiyatı yaranarsa - bu, torlu qişanın qopması riski ola bilər.

Göz önündə uçuşan cisimlər, göz içini dolduran vitreus dediyimiz kiçik jel kümeləridir. Ən çox ağ bir fona yaxut da səma kimi düz bir zəminə baxarkən görülür.

Çox hallarda zərərsiz olsalar da, bəzən ciddi göz xəstəliklərinin xəbərçisi ola bilir.

Ən önəmli risk faktoru yaşlanmadır.

Yaşlandıqca vitreus təbəqəsi tərkibini dəyişdirməyə başlayır. Vitreus yapışıq olduğu retinadan ayrılaraq vitreus qopmasına səbəb olur və göz önündə işıq çaxması kimi əlamətlər də buna qoşulur. Bu vəziyyət uçuşan cisimlərin ən yayğın səbəbidir.

Bununla yanaşı, xüsusilə miopiyası olanlarda, katarakta əməliyyatı keçirənlərdə və göz içi iltihabı olanlarda bu şikayətlərə daha erkən yaşda və daha tez-tez rast gəlinir.

Əlaqəli xidmətRetina və diabetDiabetik retinopatiya, makula xəstəlikləri, intravitreal anti-VEGF inyeksiyaları, torlu qişa qopması.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Op. Dr. Leyla Babayeva

Cərrah-oftalmoloq, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri. 18 illik beynəlxalq təcrübə: Türkiyə, Rusiya, Hindistan. Bioqrafiya

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç