+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
Uşaq gözü

Uşaqlarda çəpgözlük: səbəbləri və nə vaxt həkimə getməli

Uşaqlarda çəpgözlüyün əsas səbəbləri, gözün hansı tərəfə sapdığı və vaxtında müalicə olunmayan çəpgözlüyün görməyə təsiri.

Eynəkli oğlan dərs yazır

Uşaqlarda çəpgözlük həm irsi ola bilər, həm də anada çətin hamiləlik və ya çətin doğuş olduğu hallarda da baş verə bilər. Bu xəstəliyin səbəbi uşağın sinir sistemi xəstəlikləri, uşaq infeksion xəstəlikləri, həmçinin travmalar ola bilər.

Əksər hallarda uşaqlarda olan çəpgözlük onlarda olan digər göz xəstəliklərinin (adətən, anadangəlmə) əlaməti kimi təzahür edir. Bəzi hallarda uşaqlarda çəpgözlüyün səbəbi göz əzələlərinin inkişaf qüsurları da ola bilir. Uşaqlarda çəpgözlük zamanı bir və ya hər iki göz kənar tərəfə (əksərən buruna tərəf) baxmış olur və ya sanki kənara tərəf “üzür”.

Uşağınızda çəpgözlük aşkar etdiyiniz kimi onu tez bir zamanda həkimə göstərmək lazımdır. Diqqətsiz qalan bu çatışmazlıq sonradan görmə qabiliyyətinin kəskin şəkildə zəifləməsinə səbəb ola bilər.

Çəpgözlüyün müalicəsi bəzən illərlə davam edə bilər. Bu zaman həm uşaq, həm də valideynlərdən böyük diqqət, zəhmət və dözümlülük tələb edilir.

Əlaqəli xidmətUşaq oftalmologiyasıÇəpgözlük, tənbəl göz, göz yaşı kanalının tutulması və uşaqlarda görmə müayinəsi.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Op. Dr. Leyla Babayeva

Cərrah-oftalmoloq, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri. 18 illik beynəlxalq təcrübə: Türkiyə, Rusiya, Hindistan. Bioqrafiya

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç