+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
Uşaq gözü

Uşaqlarda göz müayinəsi: nə vaxt və necə aparılır?

Uşaqlarda göz müayinəsinin vaxtları, ən çox rast gəlinən göz xəstəlikləri, valideynləri narahat etməli olan əlamətlər və müayinənin necə keçdiyi.

Kitaba yaxından baxan uşaq
  • Uşaqlarda ilk göz müayinəsi nə zaman aparılmalıdır?

Uşaqlarda ilk göz müayinəsi doğulan anda, doğum otağında uşaq həkimi tərəfindən aparılmalıdır. Əgər şübhəli vəziyyət varsa, uşaq dərhal göz həkimi tərəfindən tam müayinə olunmalıdır. Qalan hallarda, heç bir problem olmasa belə, müayinə 1, 3, 5 və 7 yaşlarda aparılmalıdır.

  • Uşaqlarda ən çox rast gəlinən göz xəstəlikləri

Uşaqlarda ən çox gözün sınma qüsurları (miopiya, hipermetropiya və astiqmatizm) və çəplik rast gəlinir. Bundan başqa göz tənbəlliyi, ptoz, iltihabi xəstəliklər, burun-göz yaşı kanalının tutulması, göz içi xəstəlikləri, anadangəlmə katarakta və s. də təsadüf edilir.

  • Uşaqlarda göz xəstəliklərinin əlamətləri

Gözləri qıymaq, televizora yaxından baxmaq, cisimləri gözə yaxın tutmaq, çəplik, gözlərin qızarması, sulanması, qapaqların şişməsi, baş ağrısı və s. Belə hallar olarsa, göz həkiminə müraciət edin.

Uşaq göz müayinəsi necə aparılır?

Uşaqların müayinəsi böyüklərə nisbətən bir az çətinlik törədir. Uşaqlara əvvəlcə cizgi filmləri göstərərək onları sakit vəziyyətdə müayinə edirik. Çıxılmaz hallarda anestezioloji tədbirlərə müraciət edirik.

Əlaqəli xidmətUşaq oftalmologiyasıÇəpgözlük, tənbəl göz, göz yaşı kanalının tutulması və uşaqlarda görmə müayinəsi.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Op. Dr. Leyla Babayeva

Cərrah-oftalmoloq, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri. 18 illik beynəlxalq təcrübə: Türkiyə, Rusiya, Hindistan. Bioqrafiya

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç