+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
Uşaq gözü

Uşağın gözünü çayla silmək olarmı? Göz çirklənəndə nə etməli

Göz çirklənəndə və sulananda çayla yumağın niyə zərərli ola biləcəyi, əvəzində nəmləndirici damcılardan istifadə və həkim müayinəsinin vaxtı.

Göz damcısı tutan əl

Sual: “Doktor, uşağımın gözü çirklənir, sulanır. Gözünü çayla silə bilərəmmi?”

Cavab: Əziz valideynlər, hər birimiz çox gözəl bilirik ki, hal-hazırda satışda olan çayların tərkibində kimyəvi qatqılar çoxdur. Heç birimiz aldığımız çayın yüz faiz təbiiliyinə əmin deyilik. Odur ki, çayla gözləri yumaq məsləhət deyil, xüsusən də qara çayla. Çay damcısı göz içərisinə düşərsə, gözlərə zədə yetirə bilər.

Gözdə sulanma və çirklənmə varsa ilk növbədə problemin kökünü tapmaq lazımdır. Bəzən ciddi göz xəstəlikləri də buna səbəb ola bilər.

Soruşa bilərsiniz ki, bəs gözləri nə ilə yuyaq? Ən yaxşı vasitə apteklərdə satılan göz nəmləndirici (lubrikant adlandırılan) damcılardır. Hal-hazırda satışda çox geniş çeşiddə müxtəlif nəmləndirici damcılar var. Bu damcıları gözü təmizləmək üçün həm öz, həm də övladınızın gözünə damızdıra bilərsiniz.

Əgər probleminiz bir-iki günə həll olunmazsa, mütləq göz müayinəsindən keçmək lazımdır.

Əlaqəli xidmətUşaq oftalmologiyasıÇəpgözlük, tənbəl göz, göz yaşı kanalının tutulması və uşaqlarda görmə müayinəsi.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Op. Dr. Leyla Babayeva

Cərrah-oftalmoloq, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri. 18 illik beynəlxalq təcrübə: Türkiyə, Rusiya, Hindistan. Bioqrafiya

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç