+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
Uşaq gözü

Uşağın gözündə hansı dəyişikliklər həkimə getməyi tələb edir?

Valideynlərin diqqət etməli olduğu göz əlamətləri: buynuz qişanın ölçüsü və bulanması, qapaq problemləri, qızartı və bəbəyin rənginin dəyişməsi.

Açıq havada eynəkli qız

Əziz valideynlər, uşaqlarınızın sağlamlığına xüsusi diqqət yetirin. Çünki vaxtında aşkar edilən xəstəliklərin müalicəsi diqqətdən yayınaraq bir çox fəsadlar vermiş xəstəliklərin müalicəsindən xeyli dərəcədə asan olur.

Bu, eyni dərəcədə görmə orqanlarına da aiddir. Əgər uşağınızın gözlərində aşağıdakı hallardan hər hansı birini müşahidə edərsinizsə, tez bir zamanda həkim-oftalmoloqa müraciət etmək lazımdır:

  • buynuz qişanın çox böyük və ya çox kiçik ölçüdə olması
  • göz qapaqlarının tam bağlanmaması və ya sallanması
  • buynuz qişanın bulanması
  • göz qapaqlarında hər hansı bir törəmənin olması
  • göz alması və göz qapaqlarının selikli qişalarının qızarması
  • göz bəbəyi rənginin ağ, boz, sarımtıl rəngə çalması və s.

Diaqnozun düzgünlüyünə tam əmin olduğunuz hallarda belə, heç zaman uşağınızın gözlərini həkim məsləhəti olmadan özbaşına müalicə etməyin.

Əlaqəli xidmətUşaq oftalmologiyasıÇəpgözlük, tənbəl göz, göz yaşı kanalının tutulması və uşaqlarda görmə müayinəsi.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Op. Dr. Leyla Babayeva

Cərrah-oftalmoloq, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri. 18 illik beynəlxalq təcrübə: Türkiyə, Rusiya, Hindistan. Bioqrafiya

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç