Ultrabənövşəyi şüalar gözlərimiz üçün də çox ziyanlıdır.
İntensiv gün şüaları gözün həm xarici, həm də daxili strukturlarını zədələyir. Günəş şüaları torlu qişaya fotokimyəvi təsir göstərərək makulanın (görmə itiliyini idarə edən mərkəz) yanığına belə səbəb ola bilər. Görmə itiliyinin zəifləmə dərəcəsi makulanın nə dərəcədə fotokimyəvi təsirə məruz qalmasından asılıdır.
Gözləri gün şüalarından qorumaq üçün mütləq yaxşı keyfiyyətli UB-filtri olan gün eynəkləri seçmək lazımdır. 15 yaşına kimi olan uşaqların göz sağlamlığına qarşı daha diqqətli olmaq lazımdır.
Gün eynəkləri üzdə kip oturmalıdır. Bu çox vacibdir.
Səhər və axşam saatlarında günün gözlərimizə olan təsiri daha da çox olur. Belə ki, günəş şüalarının 1-4 saat təsiri bir və ya hər iki gözdə mərkəzi görmənin zəifləməsi və mərkəzi skotomanın əmələ gəlməsi ilə nəticələnə bilər.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



