+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
Göz sağlamlığı

Siqaret gözlərə necə zərər verir? Passiv çəkmənin də təsiri

Tütün tüstüsünün tərkibindəki zərərli maddələrin göz damarlarına, selikli qişaya və görməyə təsiri, passiv siqaret çəkmənin də təhlükəsi.

Mavi gözün yaxın planı

Biz adətən siqaret çəkməyin ağciyərlərə mənfi təsiri haqqında daha çox eşidirik. Bəs siz bilirsinizmi ki, siqaret, o cümlədən passiv siqaret çəkmə gözlərə nə qədər zərər verir?

Tütün tüstüsünün tərkibində:

  • nikotin və sianid – bunlar gözün ən təhlükəli düşmənləridir
  • hidrogen sulfid, kotinin və müxtəlif turşular
  • karbon monoksid

Bütün bu komponentlər damarlı qişanı zədələyir, damarların tədricən tıxanmasına gətirir və oksigenin mənimsənilməsinə mənfi təsir göstərir. Göz üçün dəyərli maddələr və vitaminlərin damarlar vasitəsi ilə daşınması pozulur.

Siqaret çəkmək görməni pisləşdirir, qismən və tam korluğa gətirib çıxara bilər.

Tütün tüstüsü aqressivdir: selikli qişanı qurudur, patogen mikrofloranın inkişafına şərait yaradır. Qaşınmaya, qızartıya, selikli qişanın piqmentasiyasına – sarımtıl rəng almasına gətirib çıxarır.

Sağlamlığımızın dəyərini bilək və zərərli alışqanlıqlardan uzaq duraq.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Op. Dr. Leyla Babayeva

Cərrah-oftalmoloq, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri. 18 illik beynəlxalq təcrübə: Türkiyə, Rusiya, Hindistan. Bioqrafiya

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç