Gündə 400 mq-dan artıq kofein qəbul etmək (təxminən 3-4 fincan qəhvə):
- göz əzələsinə təsir edə bilər
- göz quruluğu şikayətlərinin artmasına səbəb ola bilər
- asılılıq yaranan insanlarda göz təzyiqinin artmasına səbəb ola bilər
Qəhvə qəbulunun göz sağlamlığına təsiri insandan insana dəyişir. Kofein miqdarı sağlamlıq vəziyyətinizə görə müəyyən edilməlidir. Əgər gözlərinizdə hər hansı bir şikayət yaranırsa və ya qəhvə içdikdə narahatlıq hiss edirsinizsə, göz həkiminə müraciət etməlisiniz.
Bildiyimiz kimi, fasilə zamanı qəhvə içmək yorğunluğumuzu azaldır, özümüzü daha gümrah hiss etməyə kömək edir.
Cornell Universitetinin tədqiqatçıları qəhvənin tərkibindəki antioksidantın gözə də xeyirli ola biləcəyini göstərmişlər. Qəhvə içmək 2-ci tip şəkərli diabetin yaranma riskini aşağı sala bilər; şəkərli diabet isə gözə ağır fəsad verən xəstəliklərdəndir.
Əlbəttə ki, bəzi şəxslərə qəhvə zərər də yetirə bilər (məsələn, həzm traktı xəstəliklərinin aktiv dövründə).
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



