+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
Quru göz və infeksiyalar

Keratit: buynuz qişa iltihabının əlamətləri və təhlükəsi

Buynuz qişanın funksiyası, keratitin simptomları, kontakt linza daşıyanlarda akantamöb keratitinin təhlükəsi və həkim nəzarətində müalicənin vacibliyi.

Göz səthində əks

Buynuz qişa gözün ən ön hissəsində yerləşən işığı fokuslamaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və əyri səthə malik olan toxumadır.

Normada gözün buynuz qişası şəffaf və parlaq olur. Buynuz qişanın iltihabı “keratit” adlandırılır. Keratit həm bir, həm də hər iki gözdə inkişaf edə bilər.

Keratit təhlükəli xəstəlikdir. Vaxtında müalicə olunmadıqda keratit görmənin zəifləməsinə və hətta korluğa səbəb ola bilər.

Bu səbəbdən keratitin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır.

Keratitin simptomları:

  • ağrı
  • görmənin zəifləməsi
  • xəstə gözün qızarması
  • xəstə gözün buynuz qişasının parlaq deyil, bulanıq görünməsi
  • gözdə yad cismin olması hissi
  • işıqdan qorxmaq
  • gözlərin sulanması
  • blefarospazm (göz qapaqlarının spazmşəkilli sıxılması)

Kontakt linza daşıyıcılarında keratitə tez-tez rast gəlinir. Onu, o cümlədən, ən sadə mikroorqanizmlər – akantamöblər törədə bilər.

Akantamöb keratiti ağır gedişata malikdir, çətin müalicə olunur, tez-tez intensiv bulanmalar qalır ki, bu da görməni əhəmiyyətli dərəcədə zəiflədir.

Keratit həkimin gündəlik nəzarəti altında, ağır hallarda stasionarda müalicə edilir. Əks halda, kobud çapıq dəyişiklikləri əmələ gələ bilər ki, bu da görməni əhəmiyyətli dərəcədə, hətta korluğa qədər aşağı sala bilər.

Əlaqəli xidmətQuru göz və konyunktivitQızartı, qaşınma, yanma və sulanmanın səbəbinin müəyyənləşdirilməsi və müalicəsi.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Op. Dr. Leyla Babayeva

Cərrah-oftalmoloq, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri. 18 illik beynəlxalq təcrübə: Türkiyə, Rusiya, Hindistan. Bioqrafiya

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç