Sadə, lakin tam göz qapağı qulluğu göz qapağının iltihabı – blefaritin müalicəsində effektli ola bilər. Müalicə ərzində dekorativ kosmetikadan və kontakt linzalardan istifadə etmək məsləhət deyil. Göz qapaqlarına gündəlik qulluq xəstəlik sağaldıqdan sonra da tələb oluna bilər.
Blefaritin müalicəsi zamanı qapaq üzərinə 15-20 dəqiqəlik isti kompreslər qoymaq və bu proseduru gün ərzində 3-4 dəfə təkrarlamaq lazımdır. Bu zaman qapaq dərisi təmizlənir və diskomfort hissi azalır.
Gözlərdə quruluq hissi varsa, “süni göz yaşı” damcılarından istifadə edilməlidir.
Müalicənin əsasında qapaq gigiyenası durur.
Əgər xəstəliyin ağır forması aşkar olunarsa, antibakterial məlhəm təyin edilir və daxili qəbul üçün antibiotiklər təyin edilə bilər. Bu zaman terapiyanın növü blefaritin səbəbindən asılı olur.
Yatarkən göz makiyajını təmizləməmək hansı fəsadlara gətirib çıxara bilər? Uzun müddət göz makiyajı təmizlənməzsə, göz qapağının alt hissəsində yığıntılar əmələ gəlir. Bu yığıntılar böyüdükcə gözlərdə döymə, batma hissiyatı yaradır.
Bu hallarla qarşılaşmamaq üçün yatmazdan öncə mütləq gözlərinizi yuyun və ya göz təmizləyicisi ilə təmizləyin. Əgər bu halla artıq qarşılaşmısınızsa, yığıntılar gözdən mütləq mexaniki yolla xaric olunmalıdır. Onu da qeyd edək ki, təmizlənməyən göz makiyajı quru göz sindromuna da gətirib çıxara bilər.
Əlaqəli xidmətPterigium və göz qapağıPterigiumun çıxarılması, xalazion və göz qapaqlarında müxtəlif cərrahi əməliyyatlar.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



