+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
Quru göz və infeksiyalar

Göz allergiyası: yazda gözlər niyə qaşınır və qızarır?

Göz allergiyasının əlamətləri və səbəbləri, burun allergiyası ilə əlaqəsi, uşaqlarda gözü qaşımağın infeksiyaya və keratokonusa yol aça bilməsi.

İşıqda qəhvəyi göz

Göz allergiyası xüsusilə yazın gəlişi ilə əlaqədar özünü daha qabarıq şəkildə büruzə verir. O, gözün ağ hissəsinin və göz qapağının qızarması ilə ortaya çıxır. Gözlərin qaşınması, sulanması, görüntünün bulanıq olması, gözlərdə yanma hissi, göz qapaqlarının şişməsi və işığa həssaslıq da əsas əlamətlər sırasına daxildir.

Göz allergiyası həm müstəqil, həm də burundakı allergiya ilə birgə meydana çıxa bilər.

Göz allergiyaları gözümüzün allergik maddələrə məruz qaldığı zaman ortaya çıxır. Ev heyvanları və ya tozlar buna misaldır. Göz hüceyrələrinin ifraz etdiyi kimyəvi maddələr gözlərdə iltihaba səbəb olur. Nəticədə gözlərdə qaşınma, sulanma və qızarma əmələ gəlir.

Uşaqlarda daha çox rast gəlinən göz infeksiyaları gözdə iltihab yaradır. İnfeksiyanın təməlində uşaqdakı allergik faktorlar və kirpik dibi iltihabları ola bilər. Allergiya ilə başlayan göz iltihabı zamanı uşaq əlini gözünə aparıb qaşıyır və bu, bakteriya və virusların çoxalmasına səbəb olur. İllərlə davam edən allergik göz iltihabı buynuz qişanın (korneanın) zədələnməsi nəticəsində keratokonus xəstəliyinə səbəb ola bilər. Əlamətləri arasında çapaqlanma, batma, yanma, qaşıntı və göz sulanması var. Müalicənin törədici mikroba görə aparılması və allergik faktorların aradan qaldırılması vacibdir.

Əlaqəli xidmətQuru göz və konyunktivitQızartı, qaşınma, yanma və sulanmanın səbəbinin müəyyənləşdirilməsi və müalicəsi.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Op. Dr. Leyla Babayeva

Cərrah-oftalmoloq, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri. 18 illik beynəlxalq təcrübə: Türkiyə, Rusiya, Hindistan. Bioqrafiya

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç