Uveit göz almasının damarlı qişasının iltihabı ilə xarakterizə olunan xəstəliyin ümumi adıdır. Yunan sözü olan “uvea” – “üzüm salxımı” mənasını verir, belə ki, gözün damarlı qişasının xarici görkəmi üzüm salxımını xatırladır. Damarlı qişa sklera və torlu qişa arasında yerləşir. O, əsasən, gözləri qanla təchiz edən damarlardan ibarətdir. Damarlı qişanın ön görünən hissəsi qüzehli qişa, orta hissəsi siliar (kirpikli) cisim, arxa hissəsi damarlı qişanın əsası və ya xorioideyadır. Bu toxumalar uveal traktı təşkil edir.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



