+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
Katarakta

Katarakta dərmanla və ya eynəklə müalicə olunurmu?

Kataraktanın niyə yalnız cərrahi yolla müalicə olunduğu, FAKO metodunun üstünlüyü və əməliyyatın uğurunda həkim təcrübəsi ilə linza keyfiyyətinin rolu.

Metal çərçivəli eynək

Katarakta dərmanla və ya eynəklə müalicə edilə bilən bir xəstəlik deyil. Kataraktanın irəliləməsini saxlamaq üçün təsir edici bir metod yoxdur və tək müalicəsi əməliyyatdır.

Müasir üsulların inkişafı ilə katarakta əməliyyatı əksər hallarda iynəsiz, narkozsuz və ağrısız aparılır, xəstə həmin gün evə buraxılır. Katarakta əməliyyatında diqqətli olmağınızı tələb edən bəzi ünsürlər vardır. Həkimin təcrübəsi və göz içinə qoyulan linzanın keyfiyyəti əməliyyatın uğurlu olmasına birbaşa təsir edir. Keyfiyyətsiz linzalarla edilən əməliyyatdan sonra gözdə müxtəlif komplikasiyalar yarana bilər ki, bu halda bir müddət sonra ikinci dəfə əməliyyat tələb oluna bilər.

Əməliyyat FAKO (fakoemulsifikasiya) metodu ilə həyata keçirilir. Bu üsulda əməliyyat üçün kataraktanın inkişaf etməsini gözləməyə ehtiyac olmadığı üçün xəstə uzun müddət az görərək yaşamaq məcburiyyətində deyil.

Əlaqəli xidmətKataraktaBulanmış büllurun mikrokəsikli fakoemulsifikasiya ilə xaric edilməsi və süni linza implantasiyası.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Op. Dr. Leyla Babayeva

Cərrah-oftalmoloq, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri. 18 illik beynəlxalq təcrübə: Türkiyə, Rusiya, Hindistan. Bioqrafiya

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç