+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
Göz travmaları

Göz travması zamanı nə etməli? Hifema və digər zədələr

Göz travmalarında optik aparatın, torlu qişanın və görmə sinirinin zədələnmə riski, hifemanın səbəbləri və təcili həkim müayinəsinin vacibliyi.

Göz səthində əks

Göz mürəkkəb orqan olduğu üçün, onun kiçik bir zədələnməsi belə, görmənin pisləşməsinə və korluğa səbəb ola bilər. Göz travmaları zamanı ilk növbədə onun optik aparatı (buynuz qişa, büllur və şüşəyəbənzər cisim) zədələnir. Daha ağır hallarda torlu qişa, görmə siniri zədələnə bilər ki, bu isə korluğa səbəb ola bilər.

İstənilən göz travması zamanı təcili göz həkiminə müraciət etmək lazımdır. Bu zaman oftalmoloq bir çox müayinələrlə zədənin xarakterini aydınlaşdırıb müvafiq müalicəyə başlayacaqdır.

Hifema gözün ön kamerasına qansızmadır. Hifeması olan xəstə normaldan daha bulanıq görür. Hifemanın yaranma səbəbləri fərqlidir. Bunlardan ən yayğını gözün zədələnməsidir, məsələn, gözün iç hissəsinə zədələyici bir cismin batması. Hifemanın digər yaranma səbəbi də iltihabdır.

Əlaqəli xidmətGöz travmalarıGöz almasının zədələnmələrinin cərrahi bərpası, kimyəvi yanıq və yad cisimdə ilk yardım.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Op. Dr. Leyla Babayeva

Cərrah-oftalmoloq, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri. 18 illik beynəlxalq təcrübə: Türkiyə, Rusiya, Hindistan. Bioqrafiya

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç